PSJ-dən 3 qollu qələbə
PSJ “Tuluza”nı məğlub etdi – Çempionlar Liqasından öncə inamlı qələbə!
90plus.az xəbər verir ki, Fransa Liqa 1-in 28-ci turunda PSJ doğma meydanda “Tuluza”nı 3:1 hesabı ilə məğlub edib.
Paris klubunun qollarını Usman Dembele və Qonsalo Ramos vurublar. Qonaqların yeganə qolunu isə 27-ci dəqiqədə Rasmus Nikolsysen vurub. Matçda son nöqtəni 90+2-ci dəqiqədə Qonsalo Ramos qoyub:
PSJ 3 - 1 Tuluza
U. Dembele 23’ 33’
R. Nikolsysen 27’
G. Ramos 90+2’
Bu qələbədən sonra PSJ turnir cədvəlində liderliyini davam etdirir və ən yaxın izləyicisini 7 xal qabaqlayır.
Qeyd: Paris təmsilçisi bu qələbə sayəsində Çempionlar Liqasının 1/4 final mərhələsində “Liverpul”a qarşı keçirəcəyi oyun öncəsi yüksək motivasiya qazanıb. 3 qollu qələbə komandanın hücum xəttinin yaxşı formada olduğunu göstərir.
© Copyright 2026, All Rights Reserved