PSJ-dən Arda Gülerə maraq var

PSJ-nin baş məşqçisi Luis Enrike "Real Madrid"də çıxış edən Arda Güleri komandasında görmək niyyətindədir.
90plus.az xəbər verir ki, Paris təmsilçisi əvvəlcə "River Plate"in gənc yetirməsi Franko Mastantuono ilə maraqlanırdı. Lakin argentinalı oyunçu "kral klubu"na transfer olunmağa yaxındır.
Bu səbəbdən Paris klubu diqqətini Türkiyədən olan futbolçuya yönəldib.
Arda Güler geridə qalan mövsümdə "Real Madrid" forması ilə 43 oyuna çıxaraq 5 dəfə fərqlənib və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Madrid klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
"Transfermarkt" saytına əsasən, türkiyəli oyunçunun dəyəri 45 milyon avrodur.
© Copyright 2025, All Rights Reserved