PSJ onu saxladı
PSJ müdafiəçisi Nuno Mendeşlə yeni müqavilə imzalayıb.
90plus.az xəbər verir ki, 22 yaşlı sol cinah müdafiəçisi ilə 5 illik müqavilə bağlanıb. Bu yeni sözləşmə nəticəsində portuqaliyalı futbolçu Paris klubunun ən çox qazanan oyunçularından biri olacaq. Müqavilənin yaxın vaxtlarda rəsmi şəkildə açıqlanacağı gözlənilir.
Qeyd: Nuno Mendeş bu mövsüm PSJ-nin heyətində 24 matçda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved