PSJ gürcü futbolçunu transfer etdi

PSJ "Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya ilə razılığa gəlib.
90plus.az bildirir ki, bu məlumatı insayder Fabrizio Romano paylaşıb.
Klublar bu gün razılıq sənədini imzalayıblar. Paris klubu Gürcüstan millisinin vingeri üçün 70 milyon avro məbləğində kompensasiya ödəyəcək. 23 yaşlı oyunçu ilə 5 illik müqavilə bağlanacaq.
Qeyd: Xviça Kvaratsxeliya bu mövsüm "Napoli"nin heyətində 19 matçda iştirak edib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
Xatırlatma: futbolçunun atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycan millisində çıxış edib.
© Copyright 2025, All Rights Reserved