PSJ Luiz Enrike mövzusunu bitirdi
PSJ baş məşqçi Luis Enrikenin müqaviləsini uzatmaq istiqamətində işləri yekunlaşdırmağa yaxındır.
90plus.az xəbər verir ki, hazırkı müqaviləsi 2027-ci ilin iyununda başa çatacaq ispan mütəxəssisə əlavə 3 illik – 2030-cu ilə qədər yeni sözləşmə təklif olunub. Təklif edilən müqavilədə xüsusi sərbəst qalma maddələri də yer alır. Bu maddələr Luis Enrikeyə müqavilə müddəti bitməmiş “Park de Prens” stadionunu tərk edəcəyi halda hər hansı cərimə ödəməməyə imkan verəcək.
Luis Enrike PSJ-də bir çox sahədə inqilabi dəyişikliklər edib. Komandanın oyun üslubu, gənclər siyasəti və məşq metodları ispan çalışdırıcının gəlişindən sonra tamamilə yenilənib. O, Paris klubunu hazırda dünyanın ən güclü komandalarından birinə çevirib.
© Copyright 2026, All Rights Reserved