PSJ "Mançester Yunayted"in La Liqadakı futbolçusuna "elçi düşdü"
İcarə əsasında "Barselona"da çıxış edən Markus Reşford karyerasını Fransada davam etdirə bilər.
90plus.az xəbər verir ki, PSJ ingiltərəli vingerin xidmətində maraqlıdır. Bu barədə "Fichajes" nəşri məlumaat yayıb.
Liqa 1 nəhənginin baş məşqçisi Luis Enrike Reşfordun oyununu bəyənir və onu komandasında görmək istəyir. PSJ 28 yaşlı ön xətrt oyunçusu üçün onun müqavilə ilə məxsus olduğu "Mançester Yunayted"ə 50 milyon avroluq təklif göndərəcək.
Qeyd: "Barselona" Markus Reşfordu mövsümün əvvəlində icarəyə götürüb. İngiltərə millisinin üzvü Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 6 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. İspaniya klubu 35 milyon avro ödəməklə futbolçunun transfer hüquqlarına yiyələnə bilər.
© Copyright 2025, All Rights Reserved