PSJ-nin idman direktoru: "Çempionlar Liqasını yenidən qazanmaq istəyirik"

90plus.az xəbər verir ki, yeni mövsümə başlayan “Paris Sen-Jermen”in əsas hədəfi yenə də Çempionlar Liqasıdır. Klub tarixində ilk dəfə ötən mövsüm bu kuboku qazanmağı bacaran Paris təmsilçisi yenidən Avropanın ən böyük səhnəsində söz sahibi olmaq istəyir.
“RMC Sport”a danışan klubun idman müşaviri Luis Kampuş mövsüm öncəsi qətiyyətli açıqlamalar verib:
“Çempionlar Liqasını yenidən qazanmaq üçün hər şeyi edəcəyik. Yaxşı bir komanda qurmuşuq, lakin bu səviyyədə uğur üçün çox şeyin bir araya gəlməsi lazımdır. Bu da futboldur!”
61 yaşlı funksioner ötən mövsüm əldə olunan uğurun gözlədiyindən tez gəldiyini də etiraf edib:
“Kampaniya ərzində çox böyüdük. Bu, tam anlamıyla komanda işi idi. Azarkeşlərin sevinci, klubun və şəhərin partlayışı — hər şey möhtəşəm idi. Əldə etdiyimiz uğur qeyri-adi idi.”
© Copyright 2025, All Rights Reserved