PSJ-nin əməyi puç oldu, argentinalı “Real”a getdi

"Real Madrid” Franko Mastantuono transferini tamamladı, müqavilə 2031-ci ilə kimidir.
90plus.az xəbər verir ki, PSJ 3 həftə ərzində transferi bitirməyə çalışsa da, 17 yaşlı futbolçu uşaqlıq arzusu olan "Los Blankos"u üstün tutdu. Fransa klubu hücumameyilli yarımmüdafiəçinin seçimindən artıq xəbərdardır.
“Real Madrid” və “River Pleyt” Mastantuono üçün ödənişin necə həyata keçiriləcəyini müzakirə edirlər. Yeniyetmə futbolçunun sərbəstqalma məbləği 45 milyon avrodur. “River Pleyt” "Los Blankos"a məbləği hissə-hissə ödəməyi, əvəzində Mastantuononu dekabra qədər Argentina klubunda saxlamağı təklif edib.
📰: Fabrizio Romano & Hernan Castillo
© Copyright 2025, All Rights Reserved