PSJ-nin ulduzu insan alveri ilə ittiham olunur
PSJ-nin müdafiəçisi Lukas Ernandes və həyat yoldaşı Viktoriya Triayla bağlı şok iddialar gündəmə gəlib.
90plus.az xəbər verir ki, cütlük insan alveri və qeyri-rəsmi əmək fəaliyyəti ilə bağlı ittiham olunur. İddialar Kolumbiyadan olan bir ailə tərəfindən irəli sürülüb. Ata, ana və üç uşaqdan ibarət ailənin 2024-cü ilin sentyabrından 2025-ci ilin noyabrına qədər Lukas Ernandes və həyat yoldaşı üçün heç bir hüquqi status olmadan çalışdığı bildirilir.
Ailənin şikayətində qeyd olunur ki, onlar uzun və ağır iş saatlarında işlədilib. Bu səbəbdən Lukas Ernandes və Viktoriya Triay insan alveri və qeydiyyatsız işçi çalışdırmaqda günahlandırılır.
Şikayətin Fransanın Versal şəhər prokurorluğuna təqdim edildiyi açıqlanıb. Hadisə ilə bağlı araşdırmaların davam etdiyi bildirilir.
© Copyright 2026, All Rights Reserved