PSJ "Nyukasl"ın futbolçusuna "göz qoydu"

PSJ klubu “Nyukasl”ın italiyalı yarımmüdafiəçisi Sandro Tonalini heyətinə qatmaq üçün mübarizəni davam etdirir.
90plus.az xəbər verir ki, ingilis klubu 25 yaşlı futbolçunu satmaq fikrində deyil və onu mövcud yarımmüdafiə xəttində ideal fiqur kimi baxır. “Nyukasl” rəhbərliyi Tonalinin transfer bazarındakı maraqdan xəbərdardır və yayda onu itirməkdən ehtiyatlanır. Buna görə də Premyer Liqa klubu futbolçunun qiymətini 60 milyon avrodan bir qədər yüksək səviyyədə müəyyən edib. PSJ isə futbolçudan əl çəkmər istəmir.
Qeyd: Sandro Tonali “NyuKasl”la müqaviləsini 2028-ci ilə qədər uzadıb.
© Copyright 2025, All Rights Reserved