PSJ prezidenti Dembele üçün “Qızıl top” mərasimində

PSJ prezidenti Nasser Əl-Xelayfi klubun “Le Klassik” adı ilə tanınan vacib qarşılaşmanı yox, bu günkü 2025 "Qızıl top” mükafatının təqdimat mərasimini seçib.
90plus.az xəbər verir ki, qətərli funksioner bu axşam tarixdə 69-cu dəfə keçiriləcək “Qızıl top” təqdimatı üçün “Théâtre du Châtelet”də iştirak edəcək.
PSJ-nin bu buraxılışda önəmli rolu olduğunu və Usman Dembele üçün qalibiyyət şansının mövcudluğunu nəzərə alan Əl-Xelayfi “Velodrom” stadionunda keçiriləcək “Marsel” – PSJ oyununu izləmək əvəzinə mərasimə qatılmağı üstün tutub.
Bununla belə, NAK tədbirdəki oturacağından Liqa 1 matçının gedişatı barədə mütəmadi məlumatlandırılacaq.
🔗: Canal+
© Copyright 2025, All Rights Reserved