PSJ prezidenti Nasser Al-Xelaifi "Liverpul"un misirli ulduzu Məhəmməd Salahla bağlı yayılan iddiaları təkzib edib.
90plus.az xəbər verir ki, Al-Xelaifi Salahın komandaya keçəcəyi barədə yayılan xəbərlərin əsassız olduğunu bildirib: “Salah əla oyunçudur, amma səmimi desəm, onu heç düşünməmişik. Hər klubun ona sahib olmaq istədiyini bilirik, lakin bizim haqqımızda deyilən bu şayiələr tamamilə yanlışdır”, deyə o qeyd edib.
Qeyd: Bir müddət öncə Salah "Liverpul"dan yeni müqavilə təklifi almadığını açıqlayıb. 32 yaşlı futbolçu cari mövsümdə "Liverpul" heyətində 20 oyunda iştirak edərək 13 qol vurub, 11 məhsuldar ötürmə edib.
© Copyright 2025, All Rights Reserved