PSJ yeni qapıçı aldı

Lukas Şevalye karyerasını "Lill"dən PSJ-də davam etdirəcək.
90plus.az xəbər verir ki, Paris təmsilçisi 23 yaşlı qapıçının transferini rəsmi olaraq açıqlayıb. Qolkiperlə 2030-cu ilə qədər qüvvədə olacaq müqavilə imzalanıb.
Transferin ümumi dəyəri 40 milyon avro və əlavə olaraq 15 milyon avro bonus şəklində müəyyən edilib.
Qeyd: Lukas Şevalye ötən mövsüm Liqa 1-də 34 matçda meydana çıxıb və 36 qol buraxıb.
© Copyright 2025, All Rights Reserved