Qadın boksçu ərini öldürdü
Qadın xəyanət səbəbilə boksçu ərini öldürdü.
90plus.az xəbər verir ki, Xaliq qohumu Əfruz Abıyeva ilə ailə qurur, lakin ona qarşı soyuq münasibət bəsləyir. Bəzən mehriban davransa da, çox vaxt onu alçaldır və kobud davranırdı.
Əfruz ərinin dəyişəcəyinə ümid edərək ondan uşaq sahibi olmaq istəyir. Amma Xaliq bu arzuya müsbət yanaşmır. O, ailə həyatına ciddi yanaşmır, məşq etdiyi boks zalında Nübar adlı qadınla münasibətə başlayır və onunla vaxt keçirir.
Bir gün restoranların birində spirtli içki içib, rəqs edib əyləndikdən sonra Xaliq və Nübar onun evinə gedirlər. Bu hadisədən sonra Əfruz bu münasibəti özünə qarşı təhqir kimi qəbul edir və sonda dözə bilməyərək ərini öldürür.
© Copyright 2025, All Rights Reserved