"Qalatasaray" almaniyalı müdafiəçi alır - "Real"ın qapısını döyür
"Real"ın müdafiəçisi Antonio Rüdiger karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
90plus.az xəbər verir ki, "Qalatasaray" almaniyalı futbolçunu transfer etmək niyyətindədir. Bu barədə məlumatı "Fanatik" nəşri yayıb.
İstanbul klubunun baş məşqçisi Okan Buruk rəhbərlikdən Rüdigerin komandaya cəlb olunmasını istəyib. "Sarı-qırmızılar" 32 yaşlı mərkəz müdafiəçisinin "kral klubu" ilə 6 aylıq müqaviləsinin qalmasına baxmayaraq, onu yanvar ayında heyətə qatmağa çalışacaq.
Qeyd: Antonio Rüdiger 2022-ci ilin yayından "Real"da çıxış edir və Almaniya millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində 10 rəsmi oyunda iştirak edib.
© Copyright 2025, All Rights Reserved