"Qalatasaray" argentinalı futbolçunu transfer etdi
"Qalatasaray” Can Armando Güner transferini bitirdi. Sarı-qırmızılı klubun “Borussiya Mönhenqladbax” forması geyinən gənc futbolçu ilə 4,5 illik müqavilə imzaladığı bildirilir.
90plus.az xəbər verir ki, yanvar ayının əvvəlində İstanbul’a gələn, lakin klublar arasında yaşanan razılaşma problemlərinə görə Almaniyaya geri dönən Can Armando Güner transferində bütün maneələr aradan qalxdı.
TRT Spor-da yer alan məlumata görə, “Qalatasaray” uzun müddətdir heyətinə qatmağa çalışdığı Can Armando Güneri rəsmən transfer edib. Gənc futbolçu “Borussiya Mönhenqladbax” klubu ilə yollarını ayıraraq sarı-qırmızılıların heyətinə qoşulub və tərəflər arasında 4,5 illik razılaşma əldə olunub.
18 yaşlı futbolçu bu mövsüm “Qladbax” U19 komandasında keçirdiyi 14 oyunda 4 qol və 3 assistlə yadda qalıb. Anası alman-argentina əsilli, atası isə türk mənşəli olan Can Armando Güner milli səviyyədə Almaniya, Argentina və Türkiyə yığmalarında çıxış etmək hüququna malikdir.
© Copyright 2026, All Rights Reserved