“Qalatasaray” Bernardo Silva üçün 15 milyon avro sayacaq
“Qalatasaray” yay transfer pəncərəsinin ən cəsarətli azad agent transferlərindən birini reallaşdırmağa hazırlaşır. İstanbul klubu “Mançester Siti”nin kapitanı Bernardo Silvanı heyətinə qatmaq üçün ona illik 15 milyon avro maaş təklif edib.
90plus.az xəbər verir ki, Türkiyənin “Takvim” nəşri danışıqların artıq ikinci mərhələyə keçdiyini və klubun gələn ay Silvanın nümayəndələri ilə birbaşa görüş keçirməyi planlaşdırdığını yazır. Müzakirələrin əsas mövzusu illik 15 milyon avro məbləğində nəzərdə tutulan müqavilədir. Bu təklif “Qalatasaray”ı futbolçu uğrunda mübarizədə bir çox Avropa klublarından önə çıxara bilər.
Bernardo Silva hazırda “Mançester Siti” ilə müqaviləsinin son aylarını yaşayır və hələlik yeni anlaşma gündəmdə deyil. Buna görə də Avropanın bir sıra klubları portuqaliyalı yarımmüdafiəçini transfer etmək üçün hərəkətə keçib.
Silva “Mançester Siti”də keçirdiyi doqquz il ərzində altı dəfə İngiltərə Premyer Liqasının qalibi olub, Çempionlar Liqasını qazanıb və 440-dan çox oyuna çıxıb. O, Pep Qvardiolanın ən etibarlı futbolçularından biri kimi tanınır. Müqaviləsinin bitməsi isə onu transfer bazarının ən çox maraq doğuran yarımmüdafiəçilərindən birinə çevirir.
© Copyright 2026, All Rights Reserved