“Qalatasaray” Çempionlar Liqasında “Liverpul”u 1-0 məğlub etdi
Çempionlar Liqası son 16 turunun ilk oyununda “Qalatasaray” İngiltərə nəhəngi “Liverpul”u qəbul edib və 1-0 hesabı ilə qalib gəlib. Sarı-qırmızılılar gələcək həftə keçiriləcək rövanş matçına üstün nəticə ilə yollanır.
90plus.az xəbər verir ki, Rams Park stadionunda baş tutan oyunda “Qalatasaray”-ın qolu 7-ci dəqiqədə Mario Lemina tərəfindən vurulub və bu qol komandanın qələbəsini təmin edib.
Matçda vurulan tək qolun videosuna bu cümləyə klik edərək keçid edin
“Liverpul” və “Qalatasaray” arasında rövanş oyunu 18 mart Çərşənbə günü Anfield Road stadionunda saat 00:00-da başlayacaq. Sarı-qırmızılılar səfərdə də üstün nəticəni qoruyaraq 1/4 final mərhələsinə yol almağa çalışacaq.
© Copyright 2026, All Rights Reserved