“Qalatasaray” əfsanəsi Fernando Musleranın yeni klubu məlum oldu

“Qalatasaray”da 14 mövsüm forma geyinərək 19 kubok qazanan və klubun simvolik adlarından birinə çevrilən Fernando Muslera karyerasını Cənubi Amerikada davam etdirəcək.
90plus.az xəbər verir ki, Cənubi Amerika mətbuatında yer alan xəbərlərə görə, 39 yaşlı uruqvaylı qapıçı “Estudyantes” klubu ilə 1,5 illik müqavilə imzalamağa razılaşıb.
Muslera eyni zamanda Uruqvay təmsilçisi “Penyarol”dan da 1,5 illik təklif alıb. Lakin həmin təklifdə maaş daha aşağı olduğundan təcrübəli qolkiper “Estudyantes”in təklifini üstün tutub.
Geridə qalan mövsümdə “Qalatasaray”ın heyətində 43 matça çıxan Muslera 53 qol buraxıb, 13 oyunda isə qapısını toxunulmaz saxlayıb.
© Copyright 2025, All Rights Reserved