"Qalatasaray" futbolçusunu icarəyə verir
"Qalatasaray"ın yeni transferi Armando Güner icarəyə göndəriləcək.
90plus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 18 yaşlı futbolçu ilə “Anderlext” maraqlanır.
Belçika təmsilçisi yarımmüdafiəçini bir mövsümlük icarəyə götürmək üçün “Qalatasaray”la danışıqlara başlayıb. Türkiyə çempionu da Günerin ən azı bir mövsüm başqa komandada çıxış edərək oyun təcrübəsi qazanmasını məqsədəuyğun hesab edir.
Almaniyada anadan olan futbolçu Argentina və Türkiyə kökənlidir. O, indiyədək Almaniya və Argentinanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib. Güner “Borussiya”dan (Münhenqladbax) “Qalatasaray”a transfer olunub və onun klubla müqaviləsi 2030-cu ilin 30 iyun tarixinə qədər qüvvədədir.
© Copyright 2026, All Rights Reserved