“Qalatasaray” Noa Lanqı alır
“Qalatasaray” Noa Lanq üçün “Napoli” ilə danışıqları irəlilədib.
90plus.az xəbər verir ki, məşhur insayder Fabrisio Romanonun məlumatına görə, niderlandlı futbolçu artıq bir neçə həftədir İstanbul klubunun qısa siyahısında yer alır.
Tərəflər ilkin olaraq satınalma opsiyası ilə icarə variantı üzərində müzakirələr aparırlar. Razılaşmaya əsasən, futbolçunun maaşının tam şəkildə qarşılanması nəzərdə tutulur. Hazırda klublar satınalma opsiyasının məbləği və hansı şərtlərlə aktivləşdiriləcəyi barədə razılığa gəlməyə çalışırlar.
Bildirilir ki, Noa Lanq “Kopenhagen”lə oyundan sonra komandasından ayrıla bilər.
© Copyright 2026, All Rights Reserved