“Qalatasaray” onu aldığı kimi də qaytaracaq
“Qalatasaray” Vilfrid Sinqo ilə yollarını ayıra bilər.
90plus.az xəbər verir ki, “Qalatasaray” heyəti gücləndirmək planları çərçivəsində gözləntiləri tam doğrultmayan Vilfrid Sinqo ilə yollarını ayırmağa hazırlaşır.
Mənbənin məlumatına görə, İstanbul təmsilçisi müdafiəçinin satışını nəzərdən keçirir. Futbolçunun özü də Seriya A-ya qayıtmaq variantına müsbət yanaşır. Klub rəhbərliyi isə Sinqonun transferindən 25–30 milyon avro aralığında gəlir əldə etməyi hədəfləyir.
Qeyd: Vilfrid Sinqonun gələcəyi ilə bağlı qərarın yaxın həftələrdə dəqiqləşəcəyi gözlənilir.
ℹ️: Sacha Tavolieri
ƏLAVƏ: "Sarı-qırmızılar”ın yanvar ayında forma geyinməkdə çətinlik çəkən Yusuf Demir, Ahmed Kutucu və Berkan Kutlu ilə də yollarını ayıracağı gözlənilir.
Klub daxilindən sızan məlumatlara əsasən, bu ayrılıqlar transfer strategiyasına da birbaşa təsir edəcək. Belə ki, İstanbul təmsilçisinin qış transfer pəncərəsində əsas diqqəti orta xəttin gücləndirilməsinə yönələcək.
Baş məşqçi Okan Burukun rəhbərlik qarşısında xüsusilə müdafiə yönümlü, “6 nömrə” mövqeyində etibarlı oyun sərgiləyə bilən futbolçunun transferində israr etdiyi bildirilir. Məqsəd komandanın balansını artırmaq və orta sahədə daha stabil oyun qurmaqdır.
© Copyright 2025, All Rights Reserved