"Qalatasaray" qabonlunu heyətində saxlamaq istəyir
“Qalatasaray” yeni mövsüm öncəsi heyətini qorumaq istiqamətində addımlar atır.
90plus.az xəbər verir ki, İstanbul təmsilçisi Mario Leminanı komandada saxlamaqda qərarlıdır.
Klub rəhbərliyi müqaviləsi mövsümün sonunda başa çatacaq təcrübəli yarımmüdafiəçiyə yeni sözləşmə təklif edib. Bildirilir ki, qabonlu futbolçu da “Qalatasaray”da qalmaq niyyətindədir.
Tərəflər arasında müqavilənin daha 1 il müddətinə uzadılması gözlənilir.
Qeyd: Mario Lemina karyerası ərzində “Loryen”, “Marsel”, “Yuventus”, “Sauthempton”, “Fulhem”, “Nitsa” və “Vulverhempton” klublarında çıxış edib.
© Copyright 2026, All Rights Reserved