“Qalatasaray” Sommerdən imtina etdi

“Qalatasaray” Yann Sommer transferindən imtina etdi.
90plus.az xəbər verir ki, “İnter” klubu təcrübəli qapıçısı Yann Sommerin transferi üçün 7 milyon avro tələb edib. Lakin “Qalatasaray” rəhbərliyi 36 yaşlı qolkiper üçün bu məbləği yüksək hesab edib və danışıqları dayandırıb.
Türkiyə təmsilçisi azarkeşlərin reaksiyasını da nəzərə alaraq transferin reallaşdırılmamasına qərar verib.
Məlumatı Tutto Mercato yayıb.
© Copyright 2025, All Rights Reserved