“Qalatasaray” tərəfindən “Liverpul” haqda sərt açıqlama
“Qalatasaray”dan “Liverpul”a sərt ittiham: “Gündəmi dəyişməyə çalışırlar”.
90plus.az xəbər verir ki, “Qalatasaray” klubunun baş katibi Eray Yazqan “Liverpul” klubunu sərt şəkildə tənqid edib və İngiltərə təmsilçisinin hələ də üzr istəmədiyini bildirib.
Klub rəsmisi açıqlamasında bildirib ki, baş verən hadisə Noa Lanqın sağlamlığı ilə bağlı ciddi məsələ olduğu halda, İngiltərə klubu diqqəti başqa istiqamətə yönəltməyə çalışır.
Eray Yazqan açıqlamasında bunları deyib:
“Liverpul hələ də üzr istəməyib və bunun əvəzinə futbolçuları Konate ilə bağlı sosial mediada yayıldığı iddia edilən paylaşımları gündəmə gətirərək mövzunu başqa istiqamətə yönəltməyə çalışır. Futbolçunun sağlamlığı ilə bağlı ciddi hadisə baş verdiyi bir vaxtda diqqət başqa yerə yönəldilməməlidir. Amma görünür, Liverpul gündəmi dəyişməyə çalışır.”
“Qalatasaray” rəsmisinin bu açıqlaması iki klub arasında gərginliyin daha da artmasına səbəb olub. Hadisə ilə bağlı tərəflər arasında müzakirələrin davam etdiyi bildirilir.
© Copyright 2026, All Rights Reserved