"Qalatasaray"a iki qol vurmuşdu, indi onların hədəfində
"Yuventus"un yarımmüdafiəçisi Tyon Kopmeyners karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
90plus.az xəbər verir ki, "Qalatasaray" niderlandlı oyunçunu heyətinə qatmaq niyyətindədir. Xəbəri Tuttosport nəşri yayıb.
A Seriyası təmsilçisi futbolçunun satışına qarşı deyil. Turin klubu 28 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün 30 milyon avro tələb etməyi planlaşdırır.
Bundan başqa, "Roma" da təcrübəli oyunçu ilə ciddi şəkildə maraqlanır.
"Yuventus" Tyon Kopmeynersi 2024-cü ilin yayında "Atalanta"dan 60 milyon avro müqabilində transfer edib. Niderland millisinin üzvü cari mövsümdə Turin təmsilçisinin heyətində 36 rəsmi qarşılaşmada iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Qeyd: UEFA Çempionlar Liqasının 1/16 final mərhələsində ilk oyunda Tyon Kopmeyners "Qalatasaray"a 2 qol vurmuşdu.
© Copyright 2026, All Rights Reserved