"Qalatasaray"da daha bir transfer baş tutdu

"Qalatasaray" Przemişlav Frankovski ilə rəsmi danışıqlara başladı.
90plus.az xəbər verir ki, "Qalatasaray" transfer çalışmalarını sürətlə davam etdirir. "Sarı-qırmızılı" klub Fransa Liqa 1-də "Lens" komandasında çıxış edən polşalı futbolçu Przemişlav Frankovskini heyətinə qatmağa hazırlaşır.
"Qalatasaray" rəsmi olaraq həm "Lens" klubu, həm də futbolçu ilə danışıqlara başladığını açıqlayıb. Klubun verdiyi rəsmi bəyanatda belə qeyd olunur:
"Peşəkar futbolçu Przemişlav Adam Frankovskinin müvəqqəti transferi ilə bağlı oyunçu və "RC Lens" klubu ilə rəsmi danışıqlara başlanılmışdır. İctimaiyyətə hörmətlə elan olunur."
Transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.
© Copyright 2025, All Rights Reserved