"Qalatasaray"la "Fənər"in istədiyi oyunçu "Fulhem"də
"Fulhem" "Börnli"dən Sander Berge ilə müqavilə bağlamaq üçün razılığa gəldi.
90plus.az xəbər verir ki, Berge 20+5 milyon funt sterlinqə London klubuna imza atacaq. Klub ondan əvvəl "Mançester Yunayted"in şotlandiyalı yarımmüdafiəçisi Skot MakTominey üçün qollarını çirmələmişdi.
Qeyd: Sander Bergeni bu yay həm "Qalatasaray", həm də "Fənərbaxça" heyətinə qatmaq istəmişdi.
Sander Berge bundan əvvəl "Şeffild Yunayted"də də oynamışdı. Klub 2-ci liqaya düşdüyündən "Börnli"yə keçdi və "Börnli" də Premyer Liqada qala bilmədi.
© Copyright 2026, All Rights Reserved