"Qalatasaray"ın futbolçusundan böyük jest

“Qalatasaray”ın tanınmış futbolçusu İlkay Gündoğan etdiyi böyük jestlə gündəmə gəlib.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində “Liverpul”a qarşı əldə edilən 1:0 hesablı qələbədən sonra Gündoğan qazandığı 500 min lirə (təxminən 20 min manat) məbləğindəki mükafatı klubun əməkdaşlarına hədiyyə edib.
Məlumata əsasən, təcrübəli yarımmüdafiəçinin bu hərəkəti komanda daxilində böyük təqdirlə qarşılanıb.
Onun bu jestində məqsəd, komanda üçün səssiz şəkildə çalışan və adı ön plana çıxmayan şəxslərin əməklərini dəyərləndirmək olub.
© Copyright 2025, All Rights Reserved