"Qalatasaray"ın qapıçısı zədələndi - Baş məşqçi açıqladı
"Qalatasaray"ın təcrübəli qapıçısı Uğurcan Çakır səfərdə "Monako"ya qarşı 1:0 hesabı ilə uduzulan qarşılaşmada zədələnərək oyunu davam etdirə bilməmişdi. Matçın ardından baş məşqçi Okan Buruk futbolçunun vəziyyəti ilə bağlı açıqlama verib.
90plus.az xəbər verir ki, son dövrlər ard-arda zədələrlə üzləşən "Qalatasaray"da daha bir itki yaşanıb. Komandanın təcrübəli qapıçısı Uğurcan Çakır Çempionlar Liqasında səfərdə "Monako" ilə oynanan qarşılaşmanın 67-ci dəqiqəsində zədə səbəbilə meydanı tərk edib və yerini Günay Güvəncə verib.
Matçdan sonra keçirilən mətbuat konfransında Okan Buruk, Uğurcan Çakırın üst əzələsində gərginlik olduğunu bildirib. Baş məşqçinin sözlərinə görə, qapıçının dəqiq durumunu bu gün olunacaq MRT müayinəsi müəyyən edəcək.
Okan Buruk Uğurcan Çakırın vəziyyəti ilə bağlı danışarkən onun növbəti matçda forma geyməyəcəyini də qeyd edib:
"Bir sonraki oyunu buraxacaq kimi görünür", – deyə Buruk bildirib.
Qeyd: "Qalatasaray" səfərdə "Monako"ya 1-0 hesabı ilə məğlub oldu.
© Copyright 2025, All Rights Reserved