"Qalatasaray"ın sabiq futbolçusu həbs olundu
"Qalatasaray"ın keçmiş futbolçusu Ümit Karan 1 il 8 ay həbs cəzasına məhkum edilib.
90plus.az xəbər verir ki, 48 yaşlı sabiq hücumçu "təqib səviyyəsində sadə cinsi təcavüz"də ittiham olunur.
Belə ki, sabiq futbolçu Ümit Karan 2015-ci ildə yaşadığı yaşayış massivində qadın işçiyə qarşı "sadə cinsi təcavüz" cinayəti törətdiyi üçün verilən 1 il 8 ay həbs cəzası Ali Məhkəmə tərəfindən təsdiqlənib.
Hökm təsdiqləndikdən sonra Karan Metris həbsxanasına göndərilib.
© Copyright 2025, All Rights Reserved