"Qalatasaray"ın əsas heyət üzvü 3 həftəlik sıradan çıxdı
90plus.az xəbər verir ki, "Qalatasaray" klubu Çempionlar Liqasında "Bodo/Qlimt"lə keçirilən matç öncəsi son məşqdə zədələnən İlkay Gündoğanın durumuna dair rəsmi açıqlama yayıb.
Klubun məlumatına görə, təcrübəli yarımmüdafiəçi məşq zamanı sağ arxa əzələsində ağrı hiss edib və xəstəxanada aparılan MRT müayinəsindən sonra futbolçunun əzələsində orta dərəcəli gərilmə və qanaxma (strain) aşkarlanıb.
Rəsmi açıqlamada bildirilib ki, futbolçunun müalicəsinə artıq başlanılıb və onun təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Xatırlatma: İlkay Gündoğan mövsümün əvvəlində "Qalatasaray"a transfer olunub. 34 yaşlı futbolçu indiyədək İstanbul təmsilçisinin heyətində 7 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Almaniyalı oyunçunun "Qalatasaray"la müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.
© Copyright 2025, All Rights Reserved