"Qalatasaray"ın "Napoli"dən icarəyə götürdüyü Victor Osimhenin adı İngiltərə Premyer Liqasında "Çelsi", "Mançester Yunayted", "Arsenal" və "Nyukasl Yunayted" kimi nəhənglərlə hallanır. Nigeriyalı ulduz bu klublardan birinə transfer edilə bilər.
90plus.az xəbər verir ki, "Napoli" 25 yaşlı forvardın sərbəst qalma məbləğini 75 milyon avro olaraq təyin edib. Nigeriyalı futbolçuya bir neçə nəhəng klub maraq göstərdiyi halda "Qalatasaray" da onun transfer hüququnu əldə etmək üçün çalışmalara davam edir.
Qeyd: Sezon əvvəlində gözlənilməz şəkildə Türkiyəyə gələn Osimhen həm Super Liqa, həm də Avropa Liqasında "Qalatasaray"ın uğurlarında əsas rol oynayıb. Osimhen Galatasarayda keçirdiyi 10 oyunda 8 qol vurub, 4 asistlə komandasının ən önəmli futbolçularından birinə çevrilib.
© Copyright 2024, All Rights Reserved