"Qalatasaray"ın türk futbolçusu əməliyyat olacaq
Türkiyənin “Qalatasaray” klubunda ciddi itki yaşanıb.
90plus.az xəbər verir ki, bir müddətdir komandadan kənarda olan Yunus Akgün əməliyyat olunacaq.
Həkimlərin qərarına əsasən, qasıq nahiyəsində ağrıları olan 24 yaşlı vinger cərrahi müdaxilə olunacaq. Futbolçunun bərpası təxminən 2 ay davam edəcək və o, bu müddətdə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd: Yunus Akgün “Qalatasaray”ın yetirməsidir. Türkiyə millisinin üzvü bu mövsüm “sarı-qırmızılar”ın heyətində 13 rəsmi oyunda çıxış edərək 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved