"Qalatasaray"ın ulduzu "Liverpul" oyununa çatacaq

"Qalatasaray"ın hücumçusu Viktor Osimhen UEFA Çempionlar Liqasının qrup mərhələsində "Liverpul"la keçiriləcək oyunda meydana çıxa bilər.
90plus.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Baş məşqçi Okan Buruk “Konyaspor”la oyundan sonra Nigeriya millisində çıxış edərkən zədələnən 26 yaşlı futbolçunun son durumu barədə danışıb:
“Dünən məşqin bir hissəsində kollektivə qoşuldu. Bu gün tibbi müayinədən keçdi. Az da olsa ağrıları qalır. Əgər bu narahatlıqlara baxmayaraq oynaya biləcəksə, ‘Alanyaspor’ qarşısında heyətdə yer alacaq. Onu məşqlərdə yoxlayacağıq. Hələ də ağrılar hiss edir. ‘Alanyaspor’ oyunu üçün iştirak ərizəsində yer alacaq, ‘Liverpul’la matçda isə meydana çıxacağını düşünürük.”
Qeyd: “Qalatasaray” 26 sentyabr tarixində Super Liqanın 7-ci turunda “Alanyaspor”la qarşılaşacaq. “Liverpul”la oyun isə 30 sentyabrda baş tutacaq.
© Copyright 2025, All Rights Reserved