“Qalatasaray”ın yeni hədəfi: “Real Madrid”in ulduzu
“Qalatasaray” həm Avropa arenasında, həm də Super Liqada uğur qazanmağı hədəfləyərkən, eyni zamanda heyətini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.
90plus.az xəbər verir ki, İspaniya mətbuatında yayılan məlumatlara görə, “Real Madrid”in ulduz futbolçusu Rodriqonun İstanbul təmsilçisinin gündəminə düşdüyü iddia olunur.
Yanvarda transfer pəncərəsi yaxınlaşdıqca, “Qalatasaray”ın Rodriqo üçün marağı ilə bağlı xəbərlər artır. İspaniyanın AS nəşri klubun maliyyə şərtlərini də açıqlayıb.
AS qəzetinə görə, “Qalatasaray” Rodriqonu icarəyə götürməyə hazırdır. Lakin bunun üçün “Real Madrid”in oyunçunun ayrılmasına icazə verməsi və maaşının yarısının aylara bölünərək ödənməsi şərti tələb olunur.
İddialar doğrulanacağı təqdirdə, bu transfer Avropa futbolunda böyük səs-küy yarada bilər.
© Copyright 2026, All Rights Reserved