İsveç millisinin və "Tottenhem"in üzvü Deyan Kuluşevski Azərbaycan yığmasına qarşı Millətlər Liqasının qrup mərhələsi oyunundan öncə mətbuat konfransında danışıb.
90plus.az xəbər verir ki, Kuluşevski ötən il Azərbaycana 0:3 hesabı ilə məğlub olduqları matçı xatırlayıb:
"Bəzi oyunlar belə olur. Bu, futbolda normal haldır. Sabah da bizi çətin oyun gözləyir. Qalib gələcəyimizi düşünürük. Şanslarımız var".
Qeyd: Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan - İsveç oyunu sabah saat 20:00-da start götürəcək.
© Copyright 2024, All Rights Reserved