Qapıçı Ramosa arxasını çevirdi! VİDEO
Karyerasını Meksikada davam etdirən Serxio Ramosun penalti qolunda diqqəti çəkən məqam qapıçının etdiyi hərəkət olub.
90plus.az xəbər verir ki, Serxio Ramos "Monterrey"in heyətində "Tiqres"ə qarşı penalti zərbəsini yerinə yetirərkən qapıçının qəribə strategiyası ilə üzləşdi.
VİDEO: https://t.me/doxsanplus/101259
Komandasının 1-2 məğlub olduğu görüşdə yeganə qolu vuran Ramos qapıçı Qomezin ona arxasını çevirməsi taktikası qarşısında çaşqın görünsə də, yenə də penaltini qola çevirdi. Amma komandası sonradan 2 qol "yedi".
© Copyright 2025, All Rights Reserved