Qara Qarayevi bu iki klub transfer etmək istəyir
"Araz-Naxçıvan"dan ayrılan Qara Qarayevin gələcək karyerasının hansı klubda davam edəcəyi hələ müəyyən deyil.
90plus.az xəbər verir ki, milli komandamızın sabiq üzvünə bir neçə klub maraq göstərir.
Onlardan biri “Sumqayıt”dır. “Gənclik şəhəri”nin təmsilçisi Qarayevə rəsmi təklif göndərib. Digər maraqlı komanda isə “Qəbələ”dir.
Qarayevin qış fasiləsindən sonra hansı komandada oynayacağı yaxın günlərdə bəlli olacaq.
Təcrübəli oyunçu ötən ilin oktyabrından bəri “qırmızı-ağlar”ın heyətində çıxış edirdi.
© Copyright 2026, All Rights Reserved