"Qarabağ" - "Ayaks" matçı bu kanalda veriləcək
UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində “Qarabağ” – “Ayaks” oyununun canlı yayımlanacağı kanal dəyişdirilib.
90plus.az xəbər verir ki, qarşılaşmanın əvvəl “CBC Sport”da göstərilməsi nəzərdə tutulsa da, sonradan qərara yenidən baxılıb. Beləliklə, matç “İctimai TV” vasitəsilə birbaşa yayımlanacaq. Bu barədə kanal öz rəsmi sosial media hesabında açıqlama yayıb:
"Qeyd olunduğu kimi, “Saran Media” ilə əldə olunmuş razılaşmaya əsasən, 2025/26 mövsümündə UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının matçları İctimai Televiziyada canlı yayımlanır. “Qarabağ” klubunun Çempionlar Liqasının əsas mərhələsindəki oyunları da həmin əməkdaşlıq çərçivəsində təqdim olunur. Tərəflər arasında davam edən sıx əməkdaşlıq əsasında aparılan son danışıqlar nəticəsində əvvəlcədən planlaşdırılmış yayım cədvəlinə bəzi dəyişikliklərin edilməsi uyğun sayılıb. Yayımçı qurumların birgə qərarına əsasən “Qarabağ” – “Ayaks” matçının İctimai Televiziyada canlı göstərilməsi barədə qərar qəbul edilib."
Xatırlatma: Oyun dekabrın 10-u saat 21:45-də start götürəcək.
© Copyright 2025, All Rights Reserved