“Qarabağ - Çelsi”: Oyunun adamı odur
“Qarabağ” – “Çelsi” oyununda MVP (Oyunun Ən Yaxşısı) bəlli oldu.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirilən “Qarabağ” – “Çelsi” qarşılaşmasının ən yaxşı futbolçusu açıqlanıb. 2:2 hesabı ilə bitən oyundan sonra UEFA-nın texniki heyəti qiymətləndirməsini elan edib.
Londan klubunun gənc ulduzu Estevao matçın ən yaxşı oyunçusu seçilib. O, qarşılaşmada hesabı açan futbolçu olub və çıxışı ilə diqqət çəkib. Braziliyalı vingerə UEFA tərəfindən xüsusi mükafat təqdim olunub.
Estevao bu mövsüm göstərdiyi oyunla “Çelsi”nin aparıcı simalarından birinə çevrilməkdə olduğunu bir daha sübut etdi.
© Copyright 2025, All Rights Reserved