“Qarabağ - Çelsi”: Ertem Şener və Pərviz Musayev şərh edəcək
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” oyununun şərhi ilə bağlı yeni məlumatlar var.
90plus.az xəbər verir ki, bir müddət əvvəl “CBC Sport”un türkiyəli tanınmış futbol şərhçisi Ertem Şenerlə danışıqlar apardığı bildirilmişdi.
Artıq tərəflər razılığa gəlib və qarşılaşma zamanı Ertem Şener mikrofon arxasında olacaq. Bu, matça əlavə diqqət və media marağının formalaşmasına səbəb olacaq.
Qarşılaşmanı digər tərəfdən Pərviz Musayev də şərh edəcək.
Xatırlatma: Oyun bu gün 21:45-də start götürəcək.
© Copyright 2025, All Rights Reserved