“Qarabağ - Dinamo”: Biletin 80 faizi satılıb
"Qarabağ"ın Bakıda Xorvatiya klubu "Dinamo Zaqreb"ə qarşı keçirəcəyi Çempionlar Liqasının cavab pley-offuna indiyədək 28 000 bilet satılıb.
90plus.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda olacaq matça görə 30000-ə yaxın bilet satışa çıxarılıb.
Qapılar azarkeşlər üçün matçın start fitindən 2 saat əvvəl açılacaq.
Qeyd: "Qarabağ - Dinamo" matçı sabah - 28 avqust saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. İlk oyun 3:0 rəqibin xeyrinə yekunlaşıb.
© Copyright 2025, All Rights Reserved