“Qarabağ” İbrahima Vadji ilə yeni tarix yazmaq istəyir

Seneqallı hücumçu İbrahima Vadji "Qarabağ" klubuna qayıtmağa yaxındır.
90plus.az xəbər verir ki, hazırda Fransanın "Sent-Etyen" klununda çıxış edən 30 yaşlı futbolçunun müqaviləsi 2025-ci ilin iyununda başa çatır və klub onunla yeni müqavilə imzalamağı düşünmür.
Vadji son mövsümlərdə tez-tez yaşadığı zədələr səbəbilə az oyun şansı əldə edib və bu, klubun qərarına təsir edib.
Vadji 2021-2022-ci illərdə "Qarabağ"da 36 oyunda 20 qol vuraraq komandanın əsas hücumçularından biri olub.
Onun "Qarabağ"a qayıdışı, həm klub, həm də azarkeşlər üçün sevindirici xəbər ola bilər.
© Copyright 2025, All Rights Reserved