"Qarabağ" İtaliyada "Napoli"yə uduzdu
"Qarabağ"ın U-19 komandası bu gün UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti matçına çıxıb.
90plus.az xəbər verir ki, Rəşad Sadiqovun başçılıq etdiyi komanda səfərdə "Napoli" ilə qarşılaşıb.
Bakı vaxtı ilə saat 19:00-da başlayan oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Turnirdə keçirdiyi bütün 5 oyunda məğlub olan "Qarabağ"ın U-19 komandası Liqa mərhələsinin 36-cı pilləsində qərarlaşıb.
UEFA Gənclər Liqası
"Napoli" 2 – 0 "Qarabağ"
Raqqioli, 3'
Barido, 82'
© Copyright 2025, All Rights Reserved