“Qarabağ - Kopenhagen”: Mətbuat konfranslarının vaxtı

UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci turun qarşılaşması olan “Qarabağ” – “Kopenhagen” oyunu öncəsi keçiriləcək mətbuat tədbirlərinin vaxtı açıqlanıb.
90plus.az xəbər verir ki, sabah - sentyabrın 30-da “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 13:30-da başlayacaq. Daha sonra, saat 18:00-da “Azersun Arena”da komandanın məşqi keçiriləcək, media nümayəndələri bu məşqin ilk 15 dəqiqəsini izləyə biləcəklər.
Qonaq komanda “Kopenhagen”in baş məşqçisi Yakob Neestrupun mətbuat konfransı isə eyni məkanda – Tofiq Bəhramov stadionunda saat 16:45-də start götürəcək. Danimarka təmsilçisinin açıq məşqi isə 15:30-da başlayacaq və ilk 15 dəqiqəsi jurnalistlər üçün açıq olacaq.
Xatırlatma: "Qarabağ” – “Kopenhagen” qarşılaşması oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və oyun saat 20:45-də start götürəcək.
© Copyright 2025, All Rights Reserved