“Qarabağ - Kopenhagen”: Serdar Gözübüyükün idarəsində

"Qarabağ – Kopenhagen" matçının hakim təyinatları açıqlanıb.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının II turu çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” – “Kopenhagen” matçının hakimləri müəyyənləşib.
Baş hakim vəzifəsini türk əsilli niderlandlı Serdar Gözübüyük yerinə yetirəcək. Yan xətlərdə Ervin Zeynstra və Patrik İnya çalışacaq. Dördüncü hakim funksiyasını Yannik Van Der Laan icra edəcək. VAR sistemində Rob Dyeper, AVAR isə Yerun Manshot olacaq.
Görüş oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Qeyd: Matç UEFA Çempionlar Liqasının II turuna təsadüf edir və həm “Qarabağ”, həm də “Kopenhagen” üçün vacib bir qarşılaşma olacaq.
© Copyright 2025, All Rights Reserved