"Qarabağ" Kuaku transferindən bu qədər qazandı
Norveçin “Sarpsborq” klubunun “Qarabağ”ın futbolçusu Kris Kuakunun transferi üçün ödədiyi məbləğ məlum olub.
90plus.az xəbər verir ki, bu keçidə görə Ağdam təmsilçisinə 300 min avro təzminat ödənilib.
Qeyd: “Qarabağ” 2025-ci ilin yayında Fil Dişi Sahilindən olan yarımmüdafiəçini Portuqaliyanın “Mafra” klubundan məhz bu məbləğ qarşılığında transfer etmişdi.
Xatırlatma: “Sarpsborq” 26 yaşlı futbolçu ilə 2028-ci ilin iyun ayına qədər qüvvədə olacaq müqavilə imzalayıb.
© Copyright 2026, All Rights Reserved