“Qarabağ - Nyukasl”: Bilet qiymətləri bilinib
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşacaq İngiltərənin “Nyukasl” klubu Bakıya səfər edəcək azarkeşləri üçün bilet qiymətlərini açıqlayıb.
90plus.az xəbər verir ki, İngiltərə təmsilçisinin rəsmi məlumatına əsasən, Bakıdakı ilk oyun üçün qonaq sektoruna ayrılan biletlərin qiyməti 18 funt sterlinq təşkil edir. Bu məbləğ Azərbaycan manatı ilə təxminən 40 AZN-ə bərabərdir.
Tarix: 18 fevral
Başlanma saatı: 21:45
Məkan: Tofiq Bəhramov adına Respublika stadionu
“Qarabağ” – “Nyukasl”
UEFA Çempionlar Liqası, pley-off mərhələsi
Qeyd: Qarşılaşmaya maraq yüksəkdir və Bakıdakı ilk oyun mərhələnin taleyini müəyyənləşdirən əsas matçlardan biri hesab olunur.
© Copyright 2026, All Rights Reserved