"Qarabağ" - "Nyukasl": Biletlər 1000 manata
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Nyukasl” qarşılaşmasının biletləri bu gün saat 12:00-dan etibarən satışa təqdim olunacaq.
90plus.az xəbər verir ki, adi biletlərin qiymətləri 10, 15, 25, 35, 40, 50 və 75 manat təşkil edir. VIP sektorlara biletlər 200, 250, 300 və 400 manat, VVIP sektora isə 1000 manatdır.
Xatırlatma: “Qarabağ” – “Nyukasl” oyunu fevralın 18-də saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
© Copyright 2026, All Rights Reserved